Xəzər Xəbər

Milyarderlərin sərvəti 434 milyard dollar artdı

Dünya | 14:07 • 23 May 2020
Milyarderlərin sərvəti 434 milyard dollar artdı

Dünyanı öz cənginə alan COVID -19 pandemiyası müddətində milyarderlərin sərvəti daha da artıb.

ABŞ Qanuni Tədqiqatlar İnstitutunun yaydığı hesabata görə, pandemiyanın ilk iki ayında ABŞ milyarderlərinin xalis gəlirinin artdığı müşahidə edilib.

Milyarder və iş adamlarının sərvətlərinin 19 faiz artırdığı bu dövrdə ABŞ-da 39 milyon insan işini itirib. ABŞ milyarderlərinin ümumi xalis gəliri 19 mart tarixindən etibarən 434 milyard dollar artıb.

Belə bir dövrdə ən çox qazanc əldə edən şəxs Amerikalı sahibkar və "Amazon” şirkətinin rəhbəri Ceff Bezos dünyanın ən varlı adamı olub. "Forbes”in məlumatına görə, ABŞ-da 623 milyarder yaşayır. Bu siyahıda Bezos, "Microsoft”un həmtəsisçisi Bill Qeyts, "Feysbukun” icraçı direktoru Mark Zukerberq, investor Voren Bafet, "Oracle” şirkətinin təsisçisi və icraçı direktoru Larri Ellison kimi milyarderlərin adları yer alıb.

Adları qeyd olunan beş milyarderin pandemiya dövründə sərvətlərinin 75,5 milyard dollar artdığı bildirilib. ABŞ-ın 623 milyarderinin sərvəti son iki ayda 2,948 trilyon dollardan 3,822 trilyon dollara yüksəlib./publika.az

Xəbər lenti