Xəzər Xəbər

Lukaşenko qərar verdi: Öz raketimiz olmalıdır

Dünya | 15:46 • 22 May 2020
Lukaşenko qərar verdi: Öz raketimiz olmalıdır

Belarus Prezidenti Aleksandr Lukaşenko 300 km məsafədəki hədəfi vura biləcək raketin yaradılması üçün mütəxəssislər qarşısında vəzifə qoyub.

Bu barədə BelTA məlumat verir.

Qeyd olunur ki, o, müvafiq bəyanatı ölkənin hərbi-sənaye kompleksində işləyən müəssisəyə baş çəkərkən verib.

"Öz raketimizə ehtiyacımız var. Digər ölkələrdən asılı olduğumuz silahları yaratmalıyıq. Heç kim bizə bu silahı verməz. Çinlilərlə razılığa gəlməkdə şanslı idik, buna görə onlara səcdə edilməlidir. Ancaq bundan sonra heç bir asılılıq olmamalıdır", - deyə Lukaşenko bildirib.

Tərtibatçıların fikrincə, belə bir raketin ilk prototipi sentyabr ayında ölkədə görünməlidir.

Xəbər lenti