Xəzər Xəbər

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Dünya | 14:29 • 22 May 2020
Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb

"Pakistan Beynəlxalq Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında qəzaya uğrayıb.


Hadisənin təyyarənin eniş etməsinə az qalmış baş verib.


Qəza zamanı təyyarədə 91 sərnişin olub. Onların taleyi barədə hələlik məlumat verilməyib.


Təyyarə Lahordan Kəraçiyə daxili reys yerinə yetirirmiş.


Hadisə yerinə xilasedicilər, eləcə də hərbçilər cəlb edilib.

Xəbər lenti