Gürcüstanda koronavirusa yoluxanların sayı yenə də artıb.
Bu barədə Gürcüstan hökumətinin yaratdığı rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, aprelin 10-da səhər saatlarına olan məlumata görə, ölkədə COVID-19 virusuna yoluxanların sayı 230 nəfərə çatıb.
Bundan başqa, Gürcüstanda 4829 nəfər karantində, 410 nəfər stasionar nəzarətdədir.
Məlumatda qeyd olunur ki, koronavirusa yoluxmuş 52 nəfər müalicə olunub, 3 nəfər həyatını itirib.