Ermənistanda son 24 saat ərzində 52 nəfər koronavirusa yoluxub.
Xezerxeber.az xəbər verir ki, bununla da bu ölkədə COVID-19 virusuna yoluxanların sayı 822 nəfərə çatıb.
Bundan başqa, 3477 nəfər karantində, 720 nəfər isə stasionar nəzarətdə saxlanılır.
Ermənistanda koronavirus səbəbindən 7 nəfər dünyasını dəyişib.