Xəzər Xəbər

Rusiyada koronavirusa yoluxanların sayı azalır

Dünya | 15:17 • 1 Aprel 2020
Rusiyada koronavirusa yoluxanların sayı azalır

Rusiyada ötən gün ərzində koronavirusa yoluxanların və ölənlərin sayı əvvəlki günlərlə müqayisədə azalıb.

Xezerxeber.az xəbər verir ki, hazırda ölkədə 2777 koronavirusa yoluxan şəxs var, onların 1880 nəfəri Moskva sakinidir. İndiyədək Rusiyada 24 nəfər koronavirus infeksiyasında dünyasını dəyişib, 190 xəstə sağalıb.

Ötən gün Rusiyada koronavirus infeksiyasına yoluxmuş 7 nəfər ölüb. Ölənlərin 5 nəfəri paytaxt sakinidir. Ötən gün 440 nəfərdə COVID-19 aşkar edilib. Bu, əvvəlki günlərlə müqayisədə aşağı göstəricidir.

Xəbər lenti