Xəzər Xəbər

İranda bir gündə koronavirusdan 139 nəfər ölüb

Dünya | 14:43 • 28 Mart 2020
İranda bir gündə koronavirusdan 139 nəfər ölüb

Son 24 saatda İranda koronavirusa yoluxmuş 139 nəfər vəfat edib.

Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

İranda koronavirusdan ölənlərin ümumi sayı 2517-yə çatıb. Son sutka ərzində ölkədə 3076 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İranda koronavirusa yoluxanların sayı 35408-ə çatıb. Bu günədək virusa yoluxmuş 11679 nəfər sağalıb.

Hazırda virusdan müalicə alanların 3206-nın vəziyyəti kritik və ağırdır.

Xəbər lenti