Xəzər Xəbər

Boris Conson koronavirusa yoluxub

Dünya | 16:18 • 27 Mart 2020
 Boris Conson koronavirusa yoluxub

Böyük Britaniyanın Baş Naziri Boris Consonun koronavirus testinin nəticələri müsbət çıxıb.

Baş Nazir müayinədən keçdikdən sonra özünü təcrid edib.

O, "Tvitter” səhifəsindən etdiyi açıqlamada xəstəliyə qalib gələcəklərini yazıb.

Xatırladaq ki, Böyük Britaniyada 11 min 600-dən çox adam koronavirusa yoluxub , 578 nəfər xəstəlikdən həyatını itirib. (AZƏRTAC)

Xəbər lenti