Xəzər Xəbər

Fransada 400 hərbiçi COVID-19 virusuna yoluxub

Dünya | 15:35 • 27 Mart 2020
Fransada 400 hərbiçi COVID-19 virusuna yoluxub

Fransa hərbiçiləri arasında 400 nəfər COVID-19 virusuna yoluxub.

Bu haqda ölkənin müdafiə naziri Florans Parli deyib. "Hərbiçilər elə bir xüsusi səciyyəyə malik deyillər ki, virus onlardan yan keçsin. Onlar arasında COVID-19 virusuna 400 hərbiçi yoluxub. Hərbçilər arasında ağır vəziyyət və ölüm halı qeydə alınmayıb”,- deyə naziri diqqətə çatdırıb.

Bildirib ki, COVID-19 epidemiyasının genişlənməyə başladığı vaxtdan ordu mülki əhaliyə sanitar xidmətin göstərilməsində mühüm rol oynayıb.

Nazir Fransa Prezidenti tərəfindən irəli sürülən "Davamlı müqavimət” (Resilience) hərbi əməliyyatından danışaraq qeyd edib ki, bu əməliyyat çərçivəsində ordu mülki missiya daşıyacaq və epidemiyaya qarşı mübarizədə xalqın yanında olacaq. 

Hərbi əməliyyat çərçivəsində ordunun üzərinə düşən əsas missiya sanitar xidməti göstərməkdir: "Xəstələrin təyyarə və ya gəmilərlə xəstəxanalara daşınmasını təmin etmək, həmçinin ordunun logistik xidməti göstərərək, qəbul edilmiş "dörd İ” prinsipinə, yəni mülki sahədə üzləşiləcək "əlçatmayan, yararsız, mövcud olmayan və ya çatışmayan” (indisponibles, inadaptes, inexistants ou insuffisants) vəziyyətlərdə bütün hərbi nəqliyyatdan istifadəni təmin etmək, eləcə də lazım gəldikdə onlara polis səlahiyyətləri vermək kimi missiyalar düşünülür”.

Xatırladaq ki, Fransa Prezidenti ölkə ərazində sanitar böhranın idarə edilməsində ordunun əsas rol oynayacağını vurğulayıb. (AZƏRTAC)

Xəbər lenti