Xəzər Xəbər

Çin koronavirusla mübarizədə ABŞ-a kömək göstərməyə hazırdır

Dünya | 11:40 • 27 Mart 2020
Çin koronavirusla mübarizədə ABŞ-a kömək göstərməyə hazırdır

Çin koronavirus epidemiyası ilə mübarizədə ABŞ-a hərtərəfli kömək və dəstək göstərməyə hazırdır.

Çinin mərkəzi televiziyasının xəbərinə görə, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı deyib.

"Hazırkı şəraitdə Çin və ABŞ birləşməli və epidemiya ilə mübarizə aparmalıdır. Bir sıra Çin kompaniyaları və müəssisələri ABŞ-a humanitar yardım göstərib. Çin tərəfi hazırda Amerikanın üzləşdiyi çətinliyi başa düşür, ona güclü kömək və dəstək göstərməyə hazırdır”, - deyə Si Cinpin bildirib. O əlavə edib ki, ölkəsi epidemiya ilə mübarizədə öz təcrübəsini ABŞ-la bundan sonra da tam həcmdə bölüşəcək.

"Dünən koronavirus üzrə G20 sammitində bütün ölkələrin səyləri sayəsində biz bir çox məsələlərə dair konsensusa gələ bildik, müsbət nəticələr əldə etdik”, - deyə ÇXR Sədri vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 465 mindən artıq insan koronavirusa yoluxub, 21 mindən çox insan ölüb. ABŞ-da 85 486 yoluxma halı təsdiqlənib, ölənlərin sayı 1288 nəfərə çatıb.

Xəbər lenti