Xəzər Xəbər

Çavuşoğlu və NATO baş katibi arasında telefon danışığı olub

Dünya | 17:57 • 26 Mart 2020
Çavuşoğlu və NATO baş katibi arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Türkiyə XİN-dən verilən məlumata görə, nazirlə NATO baş katibinin telefon söhbəti zamanı yeni növ koronavirusla (COVİD-19) mübarizə məsələləri müzakirə edilib.

Məsələ ilə bağlı NATO-nun hansı tədbirləri görəcəyi, habelə 2-3 apreldə NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin birgə toplantısı da müzakirə olunub.

Xəbər lenti