Xəzər Xəbər

İsveçrə Şengen ölkələri ilə sərhədlərini bağlayıb

Dünya | 09:13 • 26 Mart 2020
İsveçrə Şengen ölkələri ilə sərhədlərini bağlayıb

İsveçrə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəyə giriş məhdudiyyətini daha da sərtləşdirib.

Xezerxeber.az xəbər verir ki, indiyədək Almaniya, İtaliya, Avstriya, Fransa və İspaniyaya qarşı məhdudiyyətlər tətbiq edən İsveçrə artıq ölkəyə girişi bütün Şengen ölkələrinin vətəndaşları üçün bağlayıb. Bu məhdudiyyətlər yalnız Lixtenşteyn Knyazlığının vətəndaşlarına şamil olunmayacaq.

Martın 26-dan qüvvəyə minən məhdudiyyətlər tranzit və yük daşımalarına, eləcə də İsveçrədə daimi yaşayış icazəsi olan əcnəbi vətəndaşlara aid edilməyəcək. Qeyd edək ki, İsveçrə koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələr sırasındadır. Ölkədə virusa yoluxanların sayı artıq on min nəfərə çatıb, 150 nəfər isə xəstəlikdən həyatını itirib.

Xəbər lenti