Xəzər Xəbər

Niderlandda üç türkiyəli koronavirusdan öldü

Dünya | 11:37 • 21 Mart 2020
Niderlandda üç türkiyəli koronavirusdan öldü

Niderlandda üç Türkiyə vətəndaşı yeni tip koronavirusdan (COVID-19) ölüb.

"Haber7”nin məlumatına görə, bununla bağlı Türkiyənin həmin ölkədəki səfiri Şaban Dişli açıqlama verib.

Onun sözlərinə görə, ölənlər 82 yaşlı kişi, 70 və 66 yaşlı qadınlardır.

Səfir qeyd edib ki, mərhumların ailələrinə hər cür yardım göstəriləcək.

Qeyd edək ki, Niderland Səhiyyə Nazirliyinin bu gün verdiyi açıqlamada ölkədə 2994 nəfərin koronavirusa yoluxduğu, 106 nəfərin bu epidemiyadan öldüyü bildirilib./oxu.az

Xəbər lenti