İranda bəzi millət vəkilləri koronavirus epidemiyası ilə bağlı ölkədə karantin tədbirlərinin tətbiq edilməsi barədə çağırış edib.
20 deputat məsələ ilə bağlı prezident Həsən Ruhaniya məktub ünvanlayıb. Millət vəkilləri səhiyyə tədbirləri ilə bağlı dövlət başçısına təkliflər irəli sürüb.
Qeyd edək ki, İranda koronavirusdan 1400-dən çox insan həyatını itirib. 7 minə qədər insan virusa yoluxub./publika.az