Xəzər Xəbər

Ərdoğan minnətdarlıq etdi, nazir kövrəldi

Dünya | 13:06 • 20 Mart 2020
Ərdoğan minnətdarlıq etdi, nazir kövrəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla mübarizə ilə bağlı keçirilən iclasda ölkənin Səhiyyə naziri Fəxrəddin Qocaya gördüyü işlərə görə minnətdarlıq edib.

Prezidentin fədakarlığa görə minnətdarlıq etməsi naziri kövrəldib.

Ərdoğan qeyd edib ki, bütün həkimlər, tibb bacıları koronavirusla mübarizədə birgə çalışırlar:

"Buna görə onların hər birinə təşəkkür edirəm. İlk andan etibarən ictimaiyyətə düzgün məlumat çatdırıblar. Səhiyyə naziri Fəxrəddin Qoca gecə-gündüz demədən onlarla birgə çalışıb”, - prezident bildirib.

Qeyd edək ki, iclasda çıxış edən 85 iştirakçının hər biri Fəxrəddin Qocaya minnətdarlığını bildirib.

Xəbər lenti