Xəzər Xəbər

Olimpiya məşəli Yunanıstandan Yaponiyaya gətirildi

Dünya | 12:43 • 20 Mart 2020
Olimpiya məşəli Yunanıstandan Yaponiyaya gətirildi

Olimpiya məşəli Yunanıstandan 2011-ci ildə zəlzələ və sunamidən ciddi zərər çəkmiş Yaponiyanın Miyagi prefekturasına gətirildi.

Yaponiyanın Özünümüdafiə Qüvvələrinin Matsusima hərbi bazasına göyərtəsində Olimpiya məşəlinin olduğu xüsusi təyyarənin enməsi barədə Kiodo agentliyi xəbər verib.

Bildirilir ki, Olimpiya məşəlinin qarşılanma mərasiminin başlanması regionda nəqliyyatın hərəkətini pozan güclü külək nəticəsində gecikə bilər.

Xatırladaq ki, Yaponiya ərazisində məşəlin ötürmə estafeti martın 26-da, 2011-ci ildə təbii fəlakət nəticəsində zərər çəkmiş qonşu Fukusima prefekturasında futbol məşq mərkəzində başlanmalıdır./teleqraf

Xəbər lenti