Xəzər Xəbər

Bir gecədə 630 nəfər koronavirusa yoluxdu Dəhşətli statistika

Dünya | 14:37 • 23 Fevral 2020
Bir gecədə 630 nəfər koronavirusa yoluxdu

Çinin Hubey əyalətində son sutka ərzində 630 yeni növ koronavirusa yoluxub.

Bu barədə əyalətin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsi məlumat yayıb.

Nəticədə koronavirusa yoluxanların ümumi sayı 64 084 nəfərə çatıb.

Bölgədə son sutkada koronavirusdan 96 nəfər ölüb, 1742 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Hubey əyalətində ümumilikdə koronavirusdan ölənlərin sayı 2 346, xəstəlikdən sağalanların sayı isə 15 299 nəfər təşkil edib./teleqraf


Xəbər lenti