Xəzər Xəbər

ABŞ-dan "Yaşıl kart"la bağlı sərt qayda: Bundan sonra...

Dünya | 13:51 • 23 Fevral 2020
ABŞ-dan "Yaşıl kart"la bağlı sərt qayda:

ABŞ-da bazar ertəsindən başlayaraq ölkədə daimi yaşamaq üçün icazənin ("Yaşıl (Qrin) kart") yeni qaydalara əsasən verilməsinə başlanılacaq.

Bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

Yeni qaydalar dövlət təminatından yararlanmaq istəyənlər üçün daha sərt olacaq.

"Daxili Təhlükəsizlik Nazirliyi bazar ertəsindən etibarən yeni qanunvericiliyin tətbiqinə başlayacaq. Qanunvericiliyə əsasən, cəmiyyətin yeni üzvləri özlərini maliyyələşdirməlidirlər”, - Ağ Evin məlumatında qeyd olunub.

Xəbər lenti