Xəzər Xəbər

Putin rəqabəti uduzdu, Türkiyə ilə Rusiya arasında... Professor ŞOK DETALLARI AÇDI

Dünya | 17:33 • 22 Fevral 2020
Putin rəqabəti uduzdu, Türkiyə ilə Rusiya arasında...

"Rusiya siyasətini çox yaxşı oxumalıyıq. Prezident Vladimir Putinin həqiqətən də meydandakı rus generalına sözünü keçirən lider olduğunu təmmənna edirik. Belə olduğunu düşünürük. Lakin proseslər Kremldə başqa oyunların oynandığını göstərir”.

Bu fikiləri Altınbaş Universitetinin rektoru və Beynəlxalq Münasibətlər Kafedrasının müəllimi Çağrı Ərhan deyib.

Son dövrdə Suriyanın İdlib şəhərində artan gərginliyin Ankara-Moskova xəttində də münasibətlərə təsirindən danışan professor Kremllə Sankt-Peterburq arasında daimi rəqabətdən söz açıb: "Rusiyada Baş nazir dəyişikliyindən sonrakı mərhələləri diqqətdə saxlamaq lazımdır. Putinin çevrəsində və kabinetindəki şəxslərin profillərini izləmək vacibdir. Kremllə Peterburq arasında gedən rəqabətdə Putin məğlub oldu. Bu dəyişikliklər fonunda bir sıra maraqlı adlar Putinin yaxın çevrəsində yer aldı. Bunların İsraillə yaxın münasibətdə olan şəxslər olduğunu bilirik. Dolayısı ilə Putinin meydandakı generallarına söz keçirə bilməməsinin arxasında başqa səbəblər də ola bilər. Bu gərginliyin davamlılığını arzu edənlər Türkiyə və Suriya arasında münaqişənin yaranmasını arzu edənlər də ola bilər”.

Professor bildirib ki, Türkiyədə Vladimir Putinlə bağlı bir təəssürat var: "Putin nə dedisə, o da olur. Belə bir mənzərə yoxdur. Necə ki, Türkiyə-ABŞ gərginlikləri dövründə ABŞ prezidenti Donald Trampın açıqlamalarına rəğmən, CENTCOM dirəndi və onların arxasında yevangelist lobbinin olduğunu gördük, eləcə də, hazırda əmr zənciri üzərində hərəkət edən bir rus siyasəti görmürük”./publika.az

Xəbər lenti