Xəzər Xəbər

Ölümcül virus bu ölkəyə də çatdı

Dünya | 18:03 • 21 Fevral 2020
Ölümcül virus bu ölkəyə də çatdı

Çində ortaya çıxan yeni tip koronavirus (Kovid-19) dünyaya yayılmağa davam edir.

Ölümcül epidemiya İsraildə də aşkarlanıb.

İsrail Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, koronavirus 1 nəfərdə tapılıb. Həmin şəxs Yaponiyada karantinə götürülən "Diamond Princess" kruiz gəmisinin sərnişini olub. Gəmidən təxliyə edilən 11 İsrail vətəndaşı artıq vətənlərinə gətirilib. Onlar paytaxt Təl-Əviv yaxınlığındakı Ramat Qan bölgəsində fəaliyyət göstərən xəstəxanada karantində saxlanılır.

"Diamond Princess"dəki daha 4 İsrail vətəndaşı isə Yaponiyada müalicə olunur./publika.az

Xəbər lenti