Xəzər Xəbər

Koronavirus sürətlə yayılır Prezident hərəkətə keçdi

Dünya | 14:51 • 20 Fevral 2020
Koronavirus sürətlə yayılır

İranın Mazandaran əyalətinə bağlı Babol şəhərində 2 nəfər koronavirus şübhəsi ilə karantinə götürülüb.

Bu barədə Babol Universiteti Tibb Fakültəsinin dekan köməkçisi Mustafa Cəvaniyan danışıb.

O bildirib ki, dəqiq diaqnoz üçün analiz nəticələrini gözlənir.

Ötən gün Qum şəhərində 2 nəfərdə koronavirusdan ölüm faktı aşkarlanmışdı. Bu səbəbdən Qumda məktəblərin fəaliyyətinə 1 günlük fasilə verilib.

Prezident Həsən Ruhani İranda Koronavirusun Qarşısının Alınması və Mübarizə Mərkəzinin qurulması ilə bağlı əmr imzalayıb.

İran prezidentinin mətbuat katibi Əli Rəbiyi bildirib ki, qərar Qum şəhərində yeni tip koronavirus (Kovid-19) səbəbilə 2 nəfərin dünyasını dəyişməsindən sonra verilib. O, hökumətin epidemiya ilə mübarizə üçün lazımi tədbirləri görəcəyini qeyd edib.

Mərkəzə Səhiyyə, Daxili İşlər, Turizm və Nəqliyyat Nazirlikləri ilə Silahlı Qüvvələrin nümayəndələri qatılacaq.

İlk dəfə Çinin Uhan şəhərində ortaya çıxan epidemiya dünya miqyasında 75 min 700 nəfərə yoluxub. 2 min 2018 nəfər isə virusdan dünyasını dəyişib./publika.az

Xəbər lenti