Xəzər Xəbər

ABŞ-da koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq

Dünya | 10:44 • 15 Fevral 2020
ABŞ-da koronavirusa qarşı 150 milyon peyvənd hazırlanacaq

ABŞ-ın beş böyük əczaçılıq şirkəti noyabr ayına qədər yeni növ koronavirusa qarşı 150 milyon peyvənd hazırlamağı planlaşdırır.


Bu barədə Ağ Evin ticarət müşaviri Piter Navarro bildirib.


"ABŞ-dakı beş böyük şirkət, Manhettenlə (nüvə silahının yaradılması – red.) eyni miqyaslı layihə ilə məşğuldur. Ümid edək ki, bu ilin noyabr ayına qədər 150 milyon peyvənd dozamız hazır olacaq. Planın icrası çox səy və tədqiqat tələb edir”, - P.Navarro deyib.


P.Navarro peyvəndlərin sertifikatlaşdırılması üçün ABŞ-ın Qida və Dərmanların keyfiyyətinə nəzarət İdarəsinin icazəsinin tələb ediləcəyini xatırladıb. (Trend)

Xəbər lenti