Xəzər Xəbər

Düyü samanından taxta məhsulları istehsal olunacaq

Dünya | 16:48 • 14 Fevral 2020
Düyü samanından taxta məhsulları istehsal olunacaq

Misirdə düyü samanının yandırılması nəticəsində havanın çirklənməsinin qarşısını almaq məqsədilə yeni müəssisə tikiləcək. AZƏRTAC Ahram internet portalına istinadla xəbər verir ki, tezliklə istifadəyə veriləcək fabrikdə düyü samanından taxta məhsulları istehsal ediləcək.


Misir hökumətinin tikintisinə 228 milyon dollar vəsait ayırdığı müəssisə Nil çayının deltasında yerləşən Beheyra əyalətində yerləşəcək. Burada mebel sənayesində istifadə olunacaq 205 min kvadrat metr orta sıxlıqlı lif lövhələri istehsal olunacaq. Fabrikin avadanlığı Almaniyanın "Siempelkamp” mühəndislik şirkəti tərəfindən quraşdırılacaq. Alman firması müəssisənin tikintisində də iştirak edəcək. Fabrikin tikintisi barədə kontrakt Qahirədə keçirilən beynəlxalq enerji konfransı çərçivəsində Misirin dövlət "Petrojet”, Almaniyanın "Siempelkamp” şirkətləri və WOTECH texnologiya firması arasında imzalanıb.

Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının tullantılarının təkrar emalı ifrat hava çirkliliyi olan Misirdə hökumətin diqqət mərkəzindədir.

Xəbər lenti