Xəzər Xəbər

Çində koronavirusla mübarizə aparan tibbi heyətin altı üzvü ölüb

Dünya | 16:18 • 14 Fevral 2020
Çində koronavirusla mübarizə aparan tibbi heyətin altı üzvü ölüb

Çində koronavirusla mübarizə aparan tibbi heyətin 1712 üzvünün artıq adıçəkilən virusa yoluxduğu təsdiqlənib. Onlardan altısı artıq dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Çinin Sağlamlıq Komissiyası məlumat yayıb.

Hazırda Çində virusla mübarizədə ən böyük problemlərdən xüsusi qoruyucu maskaların və digər geyimlərin çatışmamasıdır. Onların lazımi sayda istehsalı hazırkı vəziyyətdə qeyri-mümkündür. Bu səbəbdən də tibbi heyət eyni qoruyucu maska, geyim və digər vasitələrdən təkrarən istifadə etməli olur. Bu da virusa yoluxma riskini artırır.

Xəbər lenti