Xəzər Xəbər

Məşhur qadını razı saldı – Şahzadənin qərarı rezonans doğurdu

Dünya | 14:42 • 14 Fevral 2020
Məşhur qadını razı saldı –

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman İngiltərənin "Nyukasl Yunayted” futbol klubunu almağa hazırlaşır.

Şahzadənin bu məqsədlə amerikalı "investisiya mütəxəssisi” Karla Di Bellonu razı saldığı iddia edilib.

Səudiyyə İnvestisiya Fondunun (PIF) verdiyi 343 milyon sterlinq həcmində təklifin müzakirəsinin 35 yaşlı Karla tərəfindən aparıldığı bildirilsə də, gənc qadının yüksək səviyyədə aparılan görüşlərə hansı formada qatıldığı müzakirə mövzusuna çevrilib. Çünki Di Bello belə bir müzakirələrə rəhbərlik edəcək qədər maliyyə mütəxəssisi deyil.

Bir çox sahədə təşkilatçı kimi işləyən Di Bello özünü "biznesin inkişafı üzrə mütəxəssis” kimi təqdim edir. Lakin ona kimsə inanmır.

Di Bellonun PIF-lə yanaşı, səudiyyəli investor Yasir əl-Rüməyyanla yaxın münasibətləri var. O, evli olan Rüməyyanla tez-tez qolf oynayır, axşam yeməyi yeyirlər. Di Bello və investor ötən il oktyabr ayında Məhəmməd bin Salmanın yaxtasında tanış olub.

Şahzadənin "Nyukasl”dan əvvəl digər ingilis klubu "Mançester Yunayted”lə maraqlandığı bildirilirdi./Teleqraf

Xəbər lenti