Xəzər Xəbər

Finlandiya Avropa İttifaqında yeganə uran istehsalçısına çevrilir

Dünya | 14:32 • 14 Fevral 2020
Finlandiya Avropa İttifaqında yeganə uran istehsalçısına çevrilir

Finlandiya hökuməti "Terrafame” dövlət şirkətinə uran hasilatı və emalı üçün icazə verib.


AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, Çexiya və Rumıniyada uran hasilatının və emalının dayandırılmasını elan etdiklərinə görə yeni qərarla Finlandiya Avropa İttifaqında yeganə uran istehsalçısına çevrilir.


"Terrafame” şirkətinin əsas fəaliyyəti nikel və sink hasilatından ibarətdir, uran isə metal hasilatı prosesində alınan yan məhsuldur. Gələcəkdə şirkət uranı nüvə elektrik stansiyaları üçün yanacaq kimi istifadə olunan xüsusi maddəni emal edərək ixraca yönəltməyi planlaşdırır. Beləliklə, Finlandiya hökuməti tərəfindən verilən icazə ilə "Terrafame” şirkəti ildə 250 tona qədər uran istehsal edə bilər. Lakin buna baxmayaraq, faktiki istehsalın bir qədər az olacağı ehtimal edilir. Şirkət artıq Şimali Amerikaya və ya Avropanın digər ölkələrinə məhsul ixrac etmək niyyətində olduğunu da açıqlayıb. Bununla belə, "Terrafame” şirkəti bu məhsulu digər ölkələrə ixrac etmək üçün Finlandiya Xarici İşlər Nazirliyindən və Avropa Atom Enerjisi Birliyindən "Euratom” icazəsini almalıdır.

Qeyd edək ki, hökumətin uranın hasilatı və emalı üçün icazənin verilməsi yerli ekoloqların narazılığına səbəb olub. Onlar bu qərarı məhkəmə və digər instansiyalarda qaldırmaq niyyətində olduqlarını elan ediblər.

Xəbər lenti