Xəzər Xəbər

Türkiyə Prezidenti zəlzələnin baş verdiyi Elazığ şəhərinə gedib

Dünya | 17:35 • 25 Yanvar 2020
Türkiyə Prezidenti zəlzələnin baş verdiyi Elazığ şəhərinə gedib

Yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi Elazığ şəhərinə gedib.


Xezerxeber.az xəbər verir ki, Türkiyənin dövlət başçısı hadisə zamanı həlak olan Ayşe Civelek və onun doqquz yaşlı oğlu Muhammet Salih Civelekin dəfn mərasimində iştirak edib.


Türkiyə Prezidenti Elazığda zəlzələdən zərər çəkən tikililərə baxış keçirəcək, aparılan xilasetmə işləri ilə tanış olacaq.


Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin Gaziantep, Şanlıurfa, Malatya, Tunceli, Samsun, Tokat, Çorum, Sivas, Niğde, Kayseri, Kırşehir, Trabzon, Ordu ve Giresun şəhərlərində də hiss edilib. Hadisə nəticəsində Elazığ və Malatyada ümumilikdə 30-a yaxın yaşayış binası ciddi zərər görüb, bəziləri çöküb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 22 nəfər həlak olub, 40 nəfər dağıntılar altından sağ çıxarılıb. İndiyədək ətraf bölgələrdən də olmaqla, müxtəlif bədən xəsarətləri alan 1031 nəfər xəstəxanalara müraciət edib.

Xəbər lenti