Xəzər Xəbər

Yerə nəhəng asteroid yaxınlaşır - TƏHLÜKƏ

Dünya | 10:57 • 25 Yanvar 2020
Yerə nəhəng asteroid yaxınlaşır -

Yer kürəsinə diametri bir kilometrə yaxın olan asteroid yaxınlaşır. Diametri 440 metrdən 990 metrə qədər asteroid fevralda Yerə yaxın məsafədən keçəcək.



Bu barədə NASA xəbər yayıb.


Asteroid fevralın 15-də Yerə ən yaxın məsafəDə yaxınlaşacaq ki, bu da planetimizdən Aya qədərki məsafədən 15 dəfə uzaqdır.


163373 nömrəli asteroid 23 oktyabr 1995-ci ildə keşf edilib. O, uçuş traektoriyaları Yerin orbitindən keçdikləri üçün potensial təhlükəli sayılan "Apollonlar" qrupuna aiddir.



Bildirilir ki, planetimizə yaxın növbəti belə tipli asteroidin uçuşu 2075-ci ildə gözlənilir.

Xəbər lenti