Xəzər Xəbər

Filippin Çinin Uxan şəhərindən gəlmiş turistləri geri qaytarır

Dünya | 13:39 • 25 Yanvar 2020
Filippin Çinin Uxan şəhərindən gəlmiş turistləri geri qaytarır

Filippin yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Çinin Uxan şəhərindən gəlmiş 460-dan çox turistin geri qaytarılması barədə qərar qəbul edib.


AZƏRTAC Filippin KİV-lərinə istinadla xəbər verir ki, yanvarın 23-dən başlayaraq Uxan şəhərindən bu ölkəyə təyyarə reysləri ləğv edilib. Uxan şəhərindən 464 turistin Kalibo beynəlxalq aeroportuna yanvarın 23-də gəldiyi bildirilir. Həmin turistlərin Filippinin Borakay adasında və digər kurort şəhərlərində olduğu qeyd edilir. Bu turistlərdən 314-nün artıq Uxan şəhərinə qaytarıldığı, qalanlarının isə yanvarın 27-də yola salınacağı bildirilir.


Turistlərdən heç birində yeni koronavirusun simptomları – öskürək və titrətmə qeydə alınmasa da, onların geri qaytarılması düzgün hesab edilir. Belə ki, yeni virusun inkubasiya dövrü dəqiq məlum deyil.

Xəbər lenti