Xəzər Xəbər

Suriya hökumət qüvvələri İdlibin cənub-şərqindəki iki kəndi azad edib

Dünya | 10:20 • 25 Yanvar 2020
Suriya hökumət qüvvələri İdlibin cənub-şərqindəki iki kəndi azad edib

Suriya ordusu "Cebhat əl-Nusra" qruplaşması ilə şiddətli döyüşlərdən sonar İdlib əyalətinin cənub-şərqindəki Et-Tah və Es-Samaka kəndlərini azad edib.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Əl-Aləm” telekanalı məlumat yayıb.

Hökumət qüvvələrinin hazırda "Cebhat əl-Nusra" və müttəfiqlərinin yerləşdiyi Maaret-Naaman şəhəri istiqamətində irəlilədiyi bildirilib.

Qeyd edək ki, ötən gün terror qruplaşmanın hücumuna məruz qalmış Abu Dafne bölgəsində də gərginlik davam edir.

Xəbər lenti