Səudiyyə Ərəbistanı İranla danışıqlara başlamağa hazırdır.
Anadolu agentliyi xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, görüşün baş tutması tamamilə İran hökumətindən asılıdır. Açıqlamaya görə, Tehran bölgədə gərginliyi artıracaq addımlardan imtina edərsə, Səudiyyə Ərəbistanı dialoq qurmağa hazırdır. İddia edilib ki, İranın addımları regionda sabitliyi pozur./publika.az