Xəzər Xəbər

Tramp bu türk ölkəsinə qarşı vizanı sərtləşdirir

Dünya | 17:12 • 22 Yanvar 2020
Tramp bu türk ölkəsinə qarşı vizanı sərtləşdirir

ABŞ Prezident Administrasiyası ABŞ-a girişi məhdudlaşdırılan ölkələr siyahısına Belarus və Qırğızıstan vətəndaşlarının da adını salmaq niyyətindədir.

Bu məlumatı "Vol Strit Jurnal” yayıb. Trampın bu ölkələrlə bərabər, siyahıya Myanma, Nigeriya, Tanzaniya və Sudanı da daxil etmək niyyətində olduğu vurğulanıb.

Qadağanın bu ölkələrin bütün vətəndaşlarına aid edilməyəcəyi, yalnız bir sıra viza növləri üçün nəzərdə tutulacağı bildirilib.

Qeyd edək ki, Tramp bundan öncə İran, Liviya, Somali, Suriya, Yəmən, Venesuela, Şimali Koreya kimi ölkələrə viza verilişini sərtləşdirmişdi./axar.az

Xəbər lenti