Xəzər Xəbər

İran Böyük Britaniya hökuməti ilə münasibətlərini konsulluq səviyyəsinə endirə bilər

Dünya | 17:49 • 17 Yanvar 2020
İran Böyük Britaniya hökuməti ilə münasibətlərini konsulluq səviyyəsinə endirə bilər

İran Böyük Britaniya hökuməti ilə münasibətlərini konsulluq səviyyəsinə endirə bilər.


Bu sözləri İran İslam Şurası Məclisinin (parlamentin) "Velayi” farksiyasının nümayəndəsi Müsəvi Laricani deyib.


İran parlamentinin üzvü bildirib ki, Böyük Britaniyanın səfiri Robert Makkeyra əvvəllər də Tehranda keçirilən qanunsuz aksiyalarda iştirak edib. İranda benzinin qiyməti yüksələndən sonra R.Makkeyra ölkədə fəaliyyət göstərən digər Avropa dövlətlərinin səfirləri ilə görüşüb və onlara deyib ki, bu fürsətdən istifadə edərək insanları küçələrə çıxartmaq lazımdır. Bu imkandan yararlanaraq İranda kütləvi etirazlar yaratmaq olar. Onun bu fikiri ilə bəziləri razılaşsa da, bəziləri razılaşmayıb. R.Makkeyra hətta digər səfirləri də Tehrandakı qanunsuz aksiyalara qatılmağa dəvət edib.


Parlamentin üzvü diplomatın bu hərəkətlərinin qəbuledilməz olduğunu və Böyük Britaniya ilə münasibətlərin konsulluq səviyyəsinə salınması haqqında hökumət qarşısında tələb qoyulduğunu nəzərə çatdırıb.


Onun sözlərinə görə, səfirin polis tərəfindən saxlanılması kimi, ölkənin daxili işlərinə qarışmaq da beynəlxalq qanunlara ziddir.


Xatırladaq ki, Böyük Britaniyanın İrandakı səfiri yanvarın 9-da Tehranda keçirilən qanunsuz aksiyada iştirak etdiyinə və telefon vasitəsilə aksiyadan foto və video çəkərək naməlum yerlərə göndərdiyinə görə polis tərəfindən bir saat müddətində saxlanılmışdı. (AZƏRTAC)

Xəbər lenti