Xəzər Xəbər

Anadolu Agentliyinin Qahirə ofisində əməliyyat keçirilib, 4 nəfər saxlanılıb - Türkiyə XİN açıqlama yaydı

Dünya | 18:30 • 15 Yanvar 2020
Anadolu Agentliyinin Qahirə ofisində əməliyyat keçirilib, 4 nəfər saxlanılıb -

Misir təhlükəsizlik qüvvələri tərəfindən Anadolu Agentliyinin Qahirə ofisinə hücum edilməsi və əməkdaşların bəzilərinin əsassız şəkildə həbs edilməsi Türkiyə mətbuatına qarşı təcavüz hərəkətidir və bunu kəskin şəkildə qınayırıq.


Xezerxeber.az xəbər verir ki, bu fikir Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb. Açıqlamada bildirilir ki, Anadolu Agentliyinə qarşı bu yolverilməz hərəkət təkcə mətbuat azadlığına deyil, demokratik prinsiplərə ziddir. Söz və mətbuat azadlığına həssas olan Qərb ölkələri bu hadisəyə göz yummamalıdır. XİN ümid edir ki, həbs olunan əməkdaşlar dərhal azadlığa buraxılacaqlar.

Xəbər lenti

Çox oxunanlar