Xəzər Xəbər

ABŞ-ın “B-52” təyyrələri nüvə bombalarından istifadəni dayandırıb

Dünya | 16:51 • 15 Yanvar 2020
ABŞ-ın “B-52” təyyrələri nüvə bombalarından istifadəni dayandırıb

ABŞ-ın "B-52 Stratofortress” təyyarələri artıq nüvə bombalarından istifadə etməyəcəklər.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur "uçan qala”ların silahlanmasında yalnız nüvə başlıqlı qanadlı raketlər qalır.


Termonüvəli bombalar isə "stels” texnologiyalarından istifadə edən "В-2A Spirit” təyyarələrinin sərəncamına verilir.


Bu addım "B-52”lərin düşmənin hava hücumundan yayınaraq müdafiə zonasına keçə bilməmələri səbəbindən atılıb. Son zamanlar nəhəng bombardımançılar hədəfə zərbə endirmək üçün aşağıdan uçaraq raketlərlə hücum etmək məcburiyyətində qalıb ki, bu da onların özləri üçün təhlükəlidir.


Qeyd edilib ki, Pentaqon "B-52 Stratofortress” təyyarələrindən 2050-ci ilədək istifadə etmək niyyətindədir.

Xəbər lenti