Xəzər Xəbər

İran itkilərinin məbləğini açıqladı – 100 milyardlarla dollar

Dünya | 15:59 • 15 Yanvar 2020
İran itkilərinin məbləğini açıqladı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bölgədə yaranmış gərginliyin ölkə iqtisadiyyatına vurduğu ziyan barədə danışıb.

Bu barədə "The Economic Times” xəbər yayıb.

"İran mövcud gərginliklər səbəbindən yüz milyardlarla dollar itkiyə məruz qalıb”, – deyə Cavad Zərif bildirib.

O, həmçinin əlavə edib ki, Yaxın Şərq regionunda vəziyyəti normallaşdırmaq lazımdır.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiya siyasətinə son verməsinin şərtlərini açıqlamışdı./teleqraf

Xəbər lenti