Xəzər Xəbər

Pakistanda güclü qar: 93 ölü, 53 yaralı

Dünya | 13:37 • 15 Yanvar 2020
Pakistanda güclü qar:

Pakistanda güclü qar və uçqunlar nəticəsində ölənlərin sayı 93-ə çatıb.

Bu barədə "Daun” qəzeti məlumat yayıb.

Məlumata görə, 66 nəfər Azad Kəşmir regionunda ölüb. Bəlucistanda 20, Pəncabda isə 7 nəfər həlak olub. Yaralıların sayı isə 53-ə çatıb.

Rəsmi qurumlar ölənlərin sayının artacağını bildirirlər. Çünki Nilam vadisindəki bəzi rayonlarla güclü qar səbəbindən hələ də əlaqə yoxdur./axar.az

Xəbər lenti

Çox oxunanlar