Xəzər Xəbər

Korona virusu ilə bağlı Azərbaycanda turizm şirkətlərinə müraciət edildi

Dünya | 11:46 • 15 Yanvar 2020
Korona virusu ilə bağlı

Çinin Uxan şəhərində Korona virusunun yeni tipinin müşahidə edilməsi ilə əlaqədar Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdəki turizm şirkətlərinə müraciət edilib.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, Uxan şəhərində yayılan virusla əlaqədar turizm şirkətlərinə Çinin həmin şəhərinə səfər edən turistlərin diqqətli olması barədə təlimat verilib.

Qeyd edək ki, Çinin Uxan şəhərində Korona virusunun yeni növündən ilk ölüm faktı qeydə alınıb. Şəhərdə daha 40 nəfərin xəstə olduğu, 100-dən artıq insanın isə nəzarət altında saxlanıldığı qeyd edilir: "Korona virusunun yeni növünə 41 yoluxma faktı qeydə alınıb. Onlardan ikisi artıq evə buraxılıb, 7-si ağır vəziyyətdədir, 1 nəfər ölüb, digər xəstələrin vəziyyəti isə stabildir".

Xəbər lenti