Yeni Zelandiyada baş verən vulkan püskürməsi nəticəsində ölən və yaralananlar var.
Xezerxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Yeni Zelandiya polisi təbii fəlakət nəticəsində 20 nəfərin həlak olduğunu bildirib.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yerli xəstəxanalara və Avstraliyanın tibb ocaqlarına yerləşdirilən 23 yaralıdan 5-nin vəziyyəti ağırdır.
Yaralananların Yeni Zelandiya ilə yanaşı, Avstraliya, Çin, Almaniya, Böyük Britaniya, Malayziya və ABŞ vətəndaşları olduğu bildirilir.