Xəzər Xəbər

Türk generaldan şok: İran təyyarəni səhvən vurmayıb!

Dünya | 10:28 • 13 Yanvar 2020
Türk generaldan şok:

Raketlə vurulan təyyarədə ola bilsin ki, İranın ölməsini istədiyi biriləri olub.

XəzərXəbər Axar.az-a xəbər verir ki, bu iddia ilə Türkiyənin ehtiyatda olan general-leytenantı Orxan Kösə çıxış edib.

İranın səhvən raket zərbəsi ilə sərnişin təyyarəsini vurması barədə bəyanatını şərh edən Kösə bunun inandırıcı olmadığını vurğulayıb:

"Səs sürətilə gələn bir raketlə yeni havaya qalxdığı üçün maksimum 200 millə hərəkət edən sərnişin təyyarəsini qarışdırmaq mümkün deyil. Görəsən, o təyyarədə İranın ölməsini istədiyi kimlərsə var idimi?.."

Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

Xəbər lenti