"NATO-dan uzaq durmaq niyyətimiz və buna bənzər cəhdlərimiz yoxdur”.
Bu sözləri Türkiyənin müdafiə naziri, general Hulusi Akar deyib.
"Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasının NATO-ya və Türkiyənin ittifaq üzvlüyünə təsir edəcəkmi” sualına cavabında general Akar deyib ki, biz NATO-nun mərkəzindəyik, heç yerə getmirik, NATO-dayıq.
Akar əlavə edib ki, Türkiyənin milli təhlükəsizliyi üçün hava müdafiə sistemlərinə ehtiyacı var: "Bu ehtiyacı qarşılamaq üçün Fransa və ABŞ daxil olmaqla təmaslar qurduq, amma nəticə əldə edə bilmədik. İndi buna oxşar şəkildə ABŞ-dan F-35 qırıcıları almaq gündəmdədir”./teleqraf