Xəzər Xəbər

Moskvada tarixin ən isti günü gözlənilir

Dünya | 13:08 • 16 Dekabr 2019
Moskvada tarixin ən isti günü gözlənilir

19 dekabrda Moskva üçün proqnozlaşdırılan hava tarixin ən isti günü ola bilər.

Bu barədə Rusiya Hidrometereoloji Mərkəzinin direktoru Roman Vilfand deyib.

"Ən qeyri-adi və yüksək temperaturlu – 3-8 dərəcəli – hava 19 dekabr üçün proqnozlaşdırılır. Bu baş verərsə, hava müşahidəsi tarixində rekord qeydə alınacaq”, - Vilfand deyib.

Qeyd edilir ki, Moskvada bazar ertəsi 1-3 dərəcə, çərşənbə axşamı və çərşənbə 2-4 dərəcə, cümə axşamı isə 3-8 dərəcə isti gözlənilir./axar.az

Xəbər lenti