Xəzər Xəbər

50 mindən çox insan təxliyə edildi BOMBA HƏYƏCANI

Dünya | 16:10 • 15 Dekabr 2019
50 mindən çox insan təxliyə edildi

İtaliyada bomba həyəcanı səbəbindən 54 min insan təxliyə edilib.

Brindizi şəhərinin "qırmızı zona" elan edilən hissəsində yaşayan sakinlər dünəndən evlərini tərk etməyə başlayıb.

İkinci dünya müharibəsindən qalma bombanın zərərsizləşdirilməsində minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı və 250 könüllü iştirak edib.

Sursat, sabah şəhər ətrafındakı xüsusi karxanada partladılacaq.

Müharibə zamanı partlamamış bomba və mərmi aşkarlanması ilə bağlı əməliyyatlar İtaliyada demək olar ki, mütəmadi olaraq həyata keçirilir.

Oxşar hal 2 noyabrda da baş vermişdi./publika.az

Xəbər lenti