Xəzər Xəbər

ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

Dünya | 18:34 • 13 Dekabr 2019
ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

ABŞ Senatının 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul etməsi ilə əlaqədar Vaşinqtonun Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə xarici işlər nazirinin köməkçisi Sədat Önal ABŞ-ın Türkiyədəki səfiri David Satterfieldə Türkiyənin Senatın qərarı ilə əlaqədar mövqeyini çatdırıb, etirazını bildirib.

Xəbər lenti