Xəzər Xəbər

Keçmiş prezidentdən təklif: Rusiya sərhədinə divar tikin!

Dünya | 15:57 • 7 Dekabr 2019
Keçmiş prezidentdən təklif:

Ukrayna hakimiyyəti Donbasla deyil, Rusiya ilə sərhəddə sədd inşa etməlidir.

Bu təkliflə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko çıxış edib.

O bildirib ki, Donbasla təmasda səddin inşası Rusiyaya tətbiq edilən sanksiyaların ləğvinə gətirib çıxara bilər:

"Rusiya ilə sərhəddə divar tikin! O, sizə lazım olacaq”.

Qeyd edək ki, Ukraynanın hazırki hakimiyyəti "Normand formatı” çərçivəsindəki görüşlərdə irəliləyiş əldə olunmayacağı təqdirdə "B” planı üzrə Donbasla sərhəddə divar inşa ediləcəyini istisna etməyib./axar.az

Xəbər lenti