Xəzər Xəbər

Türkiyəni böyük güc edən razılaşma: Bu hökumət devrilə bilər

Dünya | 15:53 • 7 Dekabr 2019
Türkiyəni böyük güc edən razılaşma:

Liviya hökuməti Türkiyə ilə əldə edilən razılaşma səbəbindən devrilə bilər.

Bu sözləri türkiyəli siyasi ekspert Lütfi Özşahin bildirib.

"Türkiyə ilə Liviya arasında əldə edilən razılaşma müsbət cəhətdən diplomatik və strateji hücum oldu. Lakin diqqət etmək lazımdır. Çünki Qərb və onun Misir, Səudiyyə Ərəbistanı kimi xidmətçiləri hər an Liviyadakı qanuni hökuməti devirə bilərlər. Məndən deməsi..." - Özşahin söyləyib.

Qeyd edək ki, Türkiyənin Dolmabaxça sarayında Liviya arasında imzalanan "Dəniz səlahiyyətlərinin məhdudlaşdırılması” razılaşması Ankaranı Aralıq dənizində böyük güc edib. Bununla Türkiyənin dəniz sahəsi kəskin şəkildə genişlənib./axar.az

Xəbər lenti