Xəzər Xəbər

“Bu addımı atsanız...” – Türkiyədən ABŞ-a şok xəbərdarlıq

Dünya | 14:53 • 4 Dekabr 2019
“Bu addımı atsanız...”

"Türkiyə ABŞ sanksiyalar tətbiq edəcəyi təqdirdə də Rusiyadan "S-400”-lərin alınması və istifadəsindən imtina etməyəcək”.

Bu barədə "İzvestiya” qəzetinə Türkiyə parlamentinin Beynəlxalq Münasibətlər Komitəsində məlumat verilib.

Açıqlamada rəsmi Ankaranın Vaşinqtonun təzyiq siyasətini düzgün yanaşma hesab etmədiyi də vurğulanıb: "Əgər Vaşinqton bu addımı atsa, Ankara tətbiq olunan tədbirləri cavabsız qoymayacaq.

Xarici təhlükələrdən qorunmaq üçün "S-400” sistemlərinin istifadəsi tələb olunarsa, bu addımı atacağıq. Türkiyə ABŞ-ın mümkün sanksiyaları səbəbindən öz təhlükəsizliyini qurban vermək niyyətində deyil”./teleqraf

Xəbər lenti