Xəzər Xəbər

NATO tarixi ərzində ilk hal: Bu ölkə müzakirəyə çıxarıldı

Dünya | 14:31 • 4 Dekabr 2019
NATO tarixi ərzində ilk hal:

NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, alyans ölkələrinin müdafiə xərcləri 2020-ci ildə 130 milyard dollar, 2024-cü ildə isə 400 milyard dollar məbləğdə artırılacaq.

Bu məlumatı TASS agentliyi yayıb.

Stoltenberq həmçinin bildirib ki, Londondakı sammitdə NATO ölkələrinin liderləri tarixdə ilk dəfə olaraq Çinin güclənməsini və onun hərbi imkanlarının artmasını müzakirə edəcəklər.

"Alyansın tarixində ilk dəfə biz NATO liderləri ilə Çinin güclənməsini müzakirə edəcəyik. Çin fəal olaraq hərbə investisiyalar yatırır və hərbi büdcəsinin həcminə görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur”, - deyə o qeyd edib./axar.az

Xəbər lenti