Xəzər Xəbər

Tramp: “Türkiyə Bağdadinin öldürülməsində bizə çox böyük dəstək verib”

Dünya | 14:25 • 3 Dekabr 2019
Tramp: “Türkiyə Bağdadinin öldürülməsində bizə çox böyük dəstək verib”

"ABŞ və Türkiyə arasında yaxşı əlaqələr var. Biz uzun müddət onların sərhədində qaldıq, artıq ordan çəkilmişik”.


APA-nın yerli bürosunun xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp Londonda NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.


ABŞ Prezidenti bildirib ki, Türkiyə Əbubəkr əl-Bağdadinin öldürülməsində onlara çox böyük dəstək verib.


NATO baş katibi də Türkiyənin önəmli müttəfiq olduğunu, İŞİD-lə mübarizədə çox əhəmiyyətli rol oynadığını vurğulayıb.

Xəbər lenti