Xəzər Xəbər

Xamenei benzinin bahalaşmasından danışdı - Xuliqanlar...

Dünya | 15:55 • 17 Noyabr 2019
Xamenei benzinin bahalaşmasından danışdı - Xuliqanlar...

İranın Ali dini lideri Əli Xamenei benzinin qiymətinin artmasına etiraz olaraq başlanan aksiyaları sabotaj kimi qiymətləndirib.

Aksiyalar barədə ilk dəfə danışan ali dini lider benzinin qiymətindəki artımı dəstəklədiyini bəyan edib.

"Bəzi insanlar şübhəsiz, bu qərardan narahatdırlar. Amma bu aksiyalar bizim xalqımız deyil, xuliqanlar tərəfindən həyata keçirilir. Əks-inqilab və İran düşmənləri hər zaman sabotaj və qeyri-sabitliyi dəstəkləyiblər. Bu gün də buna davam edirlər", - deyə Xamenei qeyd edib.

O, hüquq-mühafizə orqanlarının əməkdaşlarını vəzifələrini yerinə yetirməyə çağırıb./teleqraf

Xəbər lenti